ABŞ-dan memorandum açıqlaması: Gecikmənin səbəbi məlum oldu
ABŞ-nin vitse-prezidenti Vens İranla bağlı memorandumun ictimaiyyətə təqdim edilməsinin niyə gecikdiyini izah edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vens sənədin mətni hazırda danışıqlarda iştirak edən vasitəçilərin xahişi ilə açıqlanmadığını bildirib. Onun sözlərinə görə, Pakistan və Qətər nümayəndələri memorandumun mərhələli və ehtiyatlı şəkildə təqdim olunmasını tövsiyə ediblər.
Vitse-prezident qeyd edib ki, proses zamanı ərəb və müsəlman dünyasında həssas hesab olunan məsələlər nəzərə alınır və buna görə açıqlamalar diqqətlə verilir.
Vens həmçinin Səudiyyə Ərəbistanı ilə bağlı danışaraq, ölkənin son illərdə mühüm dəyişikliklər həyata keçirdiyini və ABŞ üçün yaxın tərəfdaşa çevrildiyini vurğulayıb.
17:16 17.06.2026
Oxunuş sayı: 65