İsraildən etiraf: ABŞ ilə münasibətlərdə gərginlik mövcuddur
İsrailin maliyyə naziri Bezalel Smotriç ölkəsi ilə ABŞ arasında bəzi məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Smotriç İsrailin əsas vəzifəsi öz mövqeyini qorumaq və yaranmış fikir ayrılıqlarını idarə etmək olduğunu bildirib.
“Hazırda bizimlə ABŞ arasında həqiqətən də fikir ayrılıqları var. Çətinlik mövqeyimizi qoruyarkən bu böhranı necə idarə edəcəyimizi bilməkdir”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, tərəflər arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, münasibətlərin qorunması və dialoqun davam etdirilməsi vacibdir.
16:42 17.06.2026
Oxunuş sayı: 53