Azərbaycanla Bruney arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanla Bruney parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, müzakirə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovun Bruney parlamentinin sədri Hacı Məhəmməd Taib ilə görüşündə aparılıb.
"Hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasının, habelə qarşılıqlı səfərlərin həyata keçirilməsinin və deputatlar arasında sıx təmasların qurulmasının ikitərəfli əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb", - Azərbaycanın Malayziyadakı səfirliyinin "X" sosial media hesabında edilən paylaşımda vurğulanıb.
Bununla yanaşı, İ. Davudov Bruney Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Asnavi Arbi Şərifuddin ilə də görüşüb.
Görüş zamanı Azərbaycan ilə Bruney arasında ikitərəfli və beynəlxalq əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq qeyd olunub.
09:23 17.06.2026
Oxunuş sayı: 59