Tanınmış vəkilin qızı qəzada həlak oldu
Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.
Crossmedia.az bu barədə xəbər verir ki, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.
Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
23:38 16.06.2026
Oxunuş sayı: 50