Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib
Nazirlər Kabineti "Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavədəyər vergisindən vəgömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nı təsdiq edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bundan başqa, hökumət başçısı "Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nın təsdiq edilməsinə dair qərara imza atıb.
14:43 16.06.2026
Oxunuş sayı: 44