Rusiya XİN: Ukrayna ilə dəniz mübahisəsində qərar Rusiyanın xeyrinə çıxıb
Rusiya Xarici İşlər Nazirliyi Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində Ukrayna ilə 10 il davam edən məhkəmə prosesinin başa çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, mübahisə Kerç boğazı, Azov dənizi və Qara dənizin ona bitişik akvatoriyalarında hüquqi status və istifadə qaydaları ilə bağlı olub.
Rusiya tərəfi iddia edir ki, beynəlxalq arbitraj Ukraynanın dəniz hüququnun pozulması, kompensasiya tələbləri və bəzi ərazilərin statusu ilə bağlı əsas iddialarını rədd edib.
10:00 16.06.2026
Oxunuş sayı: 47