17 ölkə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır
İtaliya, Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bəyanatda bildirilir ki, Tehran və Vaşinqton arasında razılaşma əldə olunacağı təqdirdə İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinə hazırdırlar.
Ölkələr ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazır olduqlarını, İranın nüvə silahına sahib olmamasının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunur ki, İranın bu istiqamətdə aydın və etibarlı addımlar atması halında sanksiyaların mərhələli şəkildə aradan qaldırılması mümkündür.
Daha sonra Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da eyni mövqedən çıxış edərək sanksiyaların ləğvinə hazır olduqlarını bildiriblər.
09:32 16.06.2026
Oxunuş sayı: 63