ABŞ İrana milyardlar ödəyəcək? – Tramp açıqlama verdi
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana hər hansı maliyyə vəsaiti ödəməyi planlaşdırdığı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O, ABŞ-nin İrana 300 milyon dollar ödəyəcəyi barədə iddiaları yalan adlandırıb. Bununla belə, bəzi KİV-lər daha əvvəl İranın ölkənin bərpası məqsədilə yaradılmış 300 milyard dollarlıq fonda çıxış əldə edə biləcəyi barədə məlumat yaymışdı.
Tramp sözügedən xəbərlərin reallığı əks etdirmədiyini vurğulayıb.
07:22 16.06.2026
Oxunuş sayı: 55