Kəbənin örtüyü dəyişdirilib
Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.
Crossmedia.az xəbər verir ki, Kəbə örtüyünün hazırlanması üçün təxminən 825 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıldan istifadə olunur.
Örtüyün üzərində qızıl və gümüşdən işlənmiş ayə və dualar yer alır.
Köhnəsi götürülərkən eyni anda yenisi çəkilən örtüyün dəyişdirilmə prosesi bir neçə saat davam edir.
Əvvəlki örtük isə zəmzəm suyu ilə yuyulduqdan sonra nümayiş etdirilmək üçün müsəlman ölkələrinə, muzeylərə və hədiyyə olaraq bəzi dövlət rəhbərlərinə göndərilir.
06:30 16.06.2026
Oxunuş sayı: 60