İran və Livan rəsmiləri bölgədəki vəziyyəti müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aun və Livan parlamentinin sədri Nəbih Berri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, söhbətlər zamanı regionda baş verən son hadisələr və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Livan Prezidenti Cozef Aun İran və ABŞ arasında əldə olunmuş qarşılıqlı anlaşmanı müsbət qiymətləndirərək, bunun həm regional, həm də beynəlxalq səviyyədə gərginliyin azalmasına, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Abbas Əraqçi isə Livan rəhbərliyini ABŞ ilə imzalanmış memorandumun məzmunu, xüsusilə də Livana aid müddəaları barədə məlumatlandırıb.
İranlı nazir qeyd edib ki, razılaşmanın bəndlərinin tam icrası və İsrailin Livana qarşı hərbi əməliyyatlarının dayandırılması istiqamətində əsas məsuliyyət Vaşinqtonun üzərinə düşür.
00:07 16.06.2026
Oxunuş sayı: 50