ABŞ–İran sazişinin imzalanma tarixi açıqlanıb
Pakistan baş naziri Şahbaz Şərif ABŞ və İran arasında əldə olunduğu bildirilən sazişin imzalanma tarixini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“3 ay 16 günlük böyük sınaqlardan sonra, Allaha şükür olsun, İran və ABŞ Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını elan etdilər”, – deyə Şərif qeyd edib.
Onun sözlərinə görə, sazişin rəsmi imzalanma mərasiminin iyunun 19-da, cümə günü Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.
Şahbaz Şərif əlavə edib ki, mərasimə Pakistanın ev sahibliyi edəcəyi nəzərdə tutulur.
23:26 15.06.2026
Oxunuş sayı: 56