İran prezidenti danışıqlar prosesinə aydınlıq gətirib
İran prezidenti Məsud Pezeşkian ölkəsi ilə ABŞ arasında yekun razılaşmanın hələ formalaşmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Pezeşkian qeyd edib ki, əldə olunmuş razılıq müharibənin dayandırılması və danışıqların başlanması baxımından mühüm addım hesab oluna bilər.
İran prezidenti əlavə edib ki, ölkə bütün mümkün ssenarilərə hazırdır və hökumətin əsas məqsədi istənilən şəraitdə xalqa xidmət göstərməkdir.
Pezeşkianın sözlərinə görə, razılaşmanın əldə olunub-olunmamasından asılı olmayaraq, hökumət öz fəaliyyətini davam etdirəcək və ölkənin maraqlarını qoruyacaq.
O, həmçinin bildirib ki, İran xalqı öz şəhid liderlərindən təzyiq və alçaldılma qarşısında geri çəkilməməyi öyrənib.
23:26 15.06.2026
Oxunuş sayı: 48