İranla danışıqlar fonunda ABŞ hərbi mövqeyini dəyişmir
ABŞ Yaxın Şərqdəki qüvvələrini hələlik azaltmayacaq.
Crossmedia.az ˝Reuters˝ -ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi xəbər yayıb.
Amerikanın planı İranla davam edən danışıqlar zamanı cari qüvvələr balansını qorumaqdır.
"Ümid edirik ki, İran üzərinə düşənləri edəcək, amma indiyə qədər bu baş verməyib. İranlıların vəd etdiklərini etmələrini istəyirik", - deyə ABŞ rəsmisi bildirib.
Bundan əlavə, ABŞ rəsmisi qeyd edib ki, yekun razılaşma bölgədəki ABŞ qüvvələrinin azaldılmasını nəzərdə tutur.
23:30 15.06.2026
Oxunuş sayı: 51