Rusiya fermerləri dizel çatışmazlığından şikayətlənirlər
Rusiyanın cənub və mərkəzi bölgələrdəki fermerlər dizel yanacağının çatışmazlığından və qiymətlərin kəskin şəkildə artmasından şikayət edirlər.
Crossmedia.az “Forbes”-ə istinadən xəbər verir.
Məlumata görə, fevral ayından bəri qiymət ton üçün 100.000 rublu keçib.
Hətta bu qiymətə belə, təchizat təmin edilmir.
Fermerlər və kənd təsərrüfatı müəssisələri xəbərdarlıq edirlər ki, vəziyyət davam edərsə, bu, məhsul yığımı kampaniyasını çətinləşdirə bilər.
23:10 15.06.2026
Oxunuş sayı: 44