Azərbaycan şirkəti Aİ-nin sanksiya siyahısında
Avropa İttifaqı(Aİ) Azərbaycan bazasında fəaliyyət göstərən “Global Ship Solutions” MMC-ni sanksiya siyahısına daxil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, gəmiçilik və texniki dəstək sahəsində ixtisaslaşan şirkət “Fulger”, “Deneb” və “Odune” adlı tanker gəmilərini idarə edib. İddialara əsasən, bu gəmilərin Rusiya nefti və neft məhsullarının daşınmasında iştirak etdiyi bildirilir.
Aİ-nin açıqlamasında qeyd olunur ki, həmin fəaliyyət Rusiya enerji sektoruna qarşı tətbiq olunan sanksiyalarla bağlı qaydaların pozulması şübhəsi ilə əlaqələndirilir.
23:00 15.06.2026
Oxunuş sayı: 45