Anna Akopyan ABŞ-yə gedir
Ermənistanın birinci xanımı Anna Akopyan Nyu-Yorkda keçiriləcək Qlobal birinci xanımlar akademiyası forumunda iştirak etmək üçün ABŞ-a yola düşür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, səfər Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə həyata keçirilir və xərclər dövlət büdcəsi hesabına ödəniləcək.
Diqqət çəkən məqam isə odur ki, Akopyan fevral ayında Paşinyanla ayrıldıqlarını və artıq birlikdə yaşamadıqlarını açıqlamışdı.
22:20 15.06.2026
Oxunuş sayı: 65