Rusiya Ermənistanı hədələdi: Qərbə güvənmək problemlərə səbəb olacaq
Ermənistan rəhbərliyi yalnız Qərbin köməyinə və dəstəyinə güvənərsə, səhv etmiş olar.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, belə bir kurs ölkədə daxili vəziyyətin pisləşməsinə, əlavə maneələr yarada və iqtisadi inkişafa mane ola bilər.
"Əgər Ermənistan rəhbərliyi yalnız Qərbin köməyinə və dəstəyinə güvənərsə, əlbəttə ki, səhv edəcək və bu halda ölkə daxilində vəziyyət daha da pisləşəcək. Əlbəttə ki, ölkənin iqtisadi inkişafında əlavə maneələr və çətinliklər yaranacaq. Amma yenə də ümid edirəm ki, Ermənistan rəhbərliyi ağıllı hərəkət edəcək", - deyə o bildirib.
22:00 15.06.2026
Oxunuş sayı: 63