Yapon azarkeşlər oyundan sonra tribunaları təmizlədi
ABŞ-nin Dallas şəhərində keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin F qrupunda Yaponiya və Niderland yığmaları 2:2 hesablı heç-heçə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Oyundan sonra yapon azarkeşləri ənənəyə sadiq qalaraq tribunaları təmizləyiblər və stadionda qalan zibilləri toplayıblar.
Bu davranış Yapon futbol azarkeşləri arasında uzun illərdir formalaşmış mədəni ənənə kimi qəbul olunur və beynəlxalq arenada tez-tez nümunə göstərilir.
21:20 15.06.2026
Oxunuş sayı: 55