Tramp: Putin və Zelenski dialoqa hazırdır
ABŞ lideri Donald Tramp bəyan edib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması ilə bağlı dialoqa hazır görünürlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün hər iki liderlə məhsuldar danışıqlar aparıb.
“Dünən Prezident Zelenski və Prezident Putinlə çox yaxşı söhbətlərim oldu. Hesab edirəm ki, bəlkə də, bu məsələdə nəyəsə nail ola bilərik. Mən, həqiqətən, buna inanıram. Düşünürəm ki, hər iki tərəf buna açıqdır”, – deyə ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, tərəflərlə aparılan təmaslar Ukraynada davam edən müharibənin diplomatik yollarla həlli üçün müəyyən imkanlar yarada bilər.
20:47 15.06.2026
Oxunuş sayı: 45