Tehran–Vaşinqton xəttində gərginlik artır
İran rəhbərliyi daxilində fikir ayrılıqları və nüvə məsələsində sərt mövqe Tehran–Vaşinqton danışıqlarını çətinləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İranın Ali Dini lideri Müctəba Xameneyinin yaxın çevrəsi nüvə proqramının müzakirəsinə məhdudiyyət qoyub. Bu isə Xarici İşlər Nazirliyində narazılıq yaradıb. XİN rəhbəri Abbas Əraqçi belə şəraitdə danışıqları nəticəsiz hesab edib.
Ağ Ev dialoqa hazır olduğunu açıqlasa da, prosesin ləngiməsini İran daxilindəki qeyri-müəyyənliklə əlaqələndirib.
Gərginlik fonunda Hörmüz boğazı ətrafında vəziyyətin pisləşməsi və qarşılıqlı ittihamlar səbəbindən planlaşdırılan görüşlər ləğv olunub.
Eyni zamanda, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkə daxilində fikir ayrılıqlarının dərinləşdiyini bildirib, ABŞ ilə razılaşma əleyhdarlarını tənqid edib.
11:25 24.04.2026
Oxunuş sayı: 86