İsrail ABŞ-nin qərarını gözləyir
İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, ölkəsi İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır və bu addım üçün ABŞ-nin mövqeyini gözləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ordu həm müdafiə, həm də hücum əməliyyatlarına tam hazır vəziyyətdədir və mümkün hədəflər artıq müəyyənləşdirilib. O, xüsusilə İranın yeni rəhbərliyi və əsas enerji obyektlərinə zərbələrin nəzərdən keçirildiyini qeyd edib.
Yekun qərar Vaşinqtonun mövqeyindən asılıdır və İsrail bu məsələdə yaşıl işıq gözləyir.
11:00 24.04.2026
Oxunuş sayı: 56