İran ABŞ ilə danışıqların şərtini açıqlayıb
İran ABŞ-dən davamlı sülh, Tehranın qanuni hüquqlarının tanınması, zərərin ödənilməsi və təcavüzün təkrarlanmaması zəmanəti tələb edir.
Crossmedia.az xəbər verir ki, bunu İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali deyib.
"Əgər onlar döyüşmək istəyirlərsə, biz müharibəyə hazırıq. Danışıqlar barədə razılığa gəlinərsə, danışıqlar ədalətli olmalı, davamlı sülhün yaradılmasına, İranın qanuni hüquqlarının tanınmasına, zərərin ödənilməsinə və təcavüzün təkrarlanmaması zəmanətinə yönəlməlidir. Bu halda biz danışıqlara hazırıq", - deyə o bildirib.
23:02 23.04.2026
Oxunuş sayı: 45