Simonyan da Türkiyə bayrağını yandıranları qınadı- Yenilənib
Ermənistan Parlamentinin sədri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanın yolunu davam etdirərək İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ermənistan mediası onun sözlərini sitat gətirib: "24 aprel ərəfəsində istənilən ölkənin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq Anım Gününün mənasına kölgə salan mənasız, utancverici və çox pislənən bir hərəkətdir. Bu gün xatirəyə, birliyə və həyata həsr olunub, halbuki mən bu cür hərəkətləri sülhə və gələcəyə qarşı yönəlmiş kiçik və qəbuledilməz təxribatlar hesab edirəm".
22:50
Baş nazir Nikol Paşinyan aprelin 23-də, "Erməni Soyqırımı"nın ildönümü ərəfəsində İrəvananda ERF tərəfindən təşkil edilən məşəl yürüşünün iştirakçıları tərəfindən Türkiyə bayrağını yandırılmasını açıq şəkildə təxribat və gərginliyi qızışdıran bir hərəkət hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan "Armenpress"in sualına cavab olaraq bildirib.
"Baş nazir Paşinyan bu təcrübəni qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu dövlətin bayrağını yandırmaq dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilməyə layiq deyil. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır".
23:32 23.04.2026
Oxunuş sayı: 63