SEPAH komandirləri İsrail kəşfiyyətının onları izləyə biləcəyini düşünürlər
İran İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) komandirləri və İranın yüksək vəzifəli rəsmiləri İsrailin onları izləyib öldürə biləcəyindən ehtiyat edərək ali dini lider Müctəba Xameneini ziyarət etməkdən çəkinirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, buna baxmayaraq İran prezidenti Məsud Pezeşkian və səhiyyə naziri Müctəba Xameneinin müalicə prosesində iştirak ediblər. Qeyd olunub ki, Pezeşkian eyni zamanda ürək cərrahıdır.
Xameneinin səhhəti barədə məlumatlı olan dörd yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, o, ciddi xəsarətlər alsa da, zehni cəhətdən ayıq və aktiv vəziyyətdədir.
Bildirilib ki, bir ayağından üç dəfə əməliyyat keçirib və hazırda protez gözləyir. Habelə bir qolundan əməliyyat olunduğu və funksiyasının tədricən bərpa olunduğu qeyd edilir.
Məlumata görə, Müctəba Xameneinin üzü və dodaqları ciddi yanıq xəsarətləri alıb, bu isə danışığını çətinləşdirir və gələcəkdə plastik əməliyyata ehtiyac yaradır.
20:53 23.04.2026
Oxunuş sayı: 59