Rusiyanın məşhur jurnalisti vəfat edib
Rusiyalı məşhur televiziya aparıcısı Aleksey Pimanov 64 yaşında vəfat edib.
Crossmedia.az "Birinci Kanal"-a istinadən xəbər verir.
"Təzəcə gələn kədərli xəbər. Həmkarımız, Birinci Kanalın aparıcısı Aleksey Pimanov vəfat edib. İstedadlı jurnalist, rejissor və prodüser olan o, dörddə bir əsr ərzində "İnsan və Qanun" verilişinə aparıcılıq edib. O, həmçinin filmlər üçün ssenarilər yazmağı, onları rejissorluq etməyi və nəhəng media holdinq şirkəti olan "Red Star"ı idarə etməyi bacarıb", -bildirib.
Pimanovun infarkt keçirdiyi bildirilir.
20:13 23.04.2026
Oxunuş sayı: 49