Müharibə genişlənir?: Estoniyalı nazir Rusiya və Belarusun planlarından xəbərdar olduğunu dedi
Baltikyanı ölkələr Rusiya və Belarusun planlarından xəbərdardır və sərhədləri yaxınlığında düşmən hərbi qüvvələrinin toplanmasını gözləyirlər.
Crossmedia.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyev Təhlükəsizlik Forumunda bildirib.
"Biz Rusiyanı və Belarusu ayırmamalıyıq. Kəşfiyyat məlumatları toplayırıq. Hazırda Rusiyada sərhədlərimizdən kənarda heç bir əhəmiyyətli dəyişiklik görmürük. Amma biz planları bilirik. Gələcəkdə onlar sərhədlərimizə xeyli çox hərbi qüvvə gətirəcəklər", - deyə Pevkur bildirib.
Estoniya müdafiə nazirinin sözlərinə görə, Rusiyanı çəkindirməyin yeganə effektiv yolu yalnız bəyanatlar deyil, qəti cavab və güc nümayişidir.
Pevkur hesab edir ki, Rusiyanın təcavüzünə dərhal cavab verilməsə, təzyiq göstərməyə davam edəcək.
"Rusiyanın davranışını anlamaq üçün dərhal və qətiyyətlə cavab verməliyik. O zaman onlar danışıqlara gələcəklər", - deyə Estoniya müdafiə naziri vurğulayıb.
O. qeyd edib ki, Kiyevin müharibənin gedişatını dəyişdirmək və Rusiyanı sülh danışıqlarına başlamağa məcbur etmək şansı var.
Pevkur xatırladıb ki, Xarkov əks-hücumu zamanı Ukrayna təşəbbüsü ələ keçirib, lakin Qərb kifayət qədər dəstək verməyib. O, indi Rusiya qoşunlarını geri çəkmək üçün fürsət olduğunu düşünür.
19:58 23.04.2026
Oxunuş sayı: 53