Karaganovdan Avropaya qarşı nüvə silahı ilə bağlı sərt bəyanat
Kremlə yaxın politoloq Sergey Karaganov Rusiyanın Avropaya qarşı nüvə silahından istifadə etməyə hazır olmalı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, dövlət televiziyasında çıxışı zamanı Avropanın Rusiyaya qarşı müharibəyə başladığını, ABŞ-ın isə geri çəkildiyini iddia edib. Onun sözlərinə görə, Avropa ölkələri gərginliyi artırır.
Karaganov Rusiyanın hərbi strategiyasının dəyişdirilməsini və zərurət yaranarsa bütün növ silahlardan istifadə imkanının nəzərdən keçirilməsini təklif edib.
O bildirib ki, əgər Avropa təzyiqləri davam etdirərsə, nəticələrlə üzləşməli olacaq. Əvvəlcə xəbərdarlıq xarakterli addımlar atıla bilər, daha sonra isə vəziyyətə uyğun daha sərt tədbirlər görülə bilər.
17:34 23.04.2026
Oxunuş sayı: 42