Əmir Hüseyn Qazizadə Pakistana vasitəçiliklə bağlı etimadsızlıq ifadə etdi
İranda keçmiş prezidentliyə namizəd Əmir Hüseyn Qazizadə Haşimi Pakistanın vasitəçilik rolunu tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İranda keçirilən seçkilərdə prezident Məsud Pezeşkian qarşısında məğlub olmuş keçmiş prezidentliyə namizəd Əmir Hüseyn Qazizadə Haşimi bildirib ki, Pakistan Tehran və Vaşinqton arasında vasitəçilik üçün uyğun tərəf deyil.
Onun sözlərinə görə, Pakistanın Səudiyyə Ərəbistanından maliyyə asılılığı və ABŞ-nin təhlükəsizlik strukturlarına təsir imkanları bu ölkənin neytral vasitəçi kimi qəbul edilməsini çətinləşdirir.
Qazizadə Haşimi həmçinin iddia edib ki, BƏƏ-nin bəzi təhlükəsizlik və maliyyə institutlarının Pakistanın Bəlucistan bölgəsində fəaliyyəti və separatçı qruplara təsir iddiaları da bu ölkənin danışıqlar prosesində etibarlılığına şübhə yaradır.
17:05 23.04.2026
Oxunuş sayı: 48