Gürcüstan və Ermənistan təhlükəsizlik məsələlərini müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq perspektivlərini və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin qeyd ediblər ki, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması iqtisadi inkişafa müsbət təsir göstərəcək və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq daha da güclənəcək.
16:33 23.04.2026
Oxunuş sayı: 51