Yük gəmisi atəşə TUTULDU - ŞOK DETALLAR
Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi Somalinin cənub-şərqində, sahildən təxminən 83 mil məsafədə təhlükəsizlik insidenti qeydə alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yük gəmisi hərəkətdə olarkən silahlı şəxslərin olduğu iki kiçik qayıqla qarşılaşıb. Hadisə zamanı həmin şəxslər gəmi istiqamətində atəş açıblar.
Hadisə ilə bağlı əlavə məlumatlar və mümkün itkilər barədə rəsmi açıqlama hələ verilməyib.
16:10 23.04.2026
Oxunuş sayı: 321