İran XİN rəhbərindən ABŞ-yə xəbərdarlıq
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-nin limanların blokadası ilə bağlı mümkün addımlarına sərt reaksiya verib.
Crossmedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İranın xarici işlər naziri X platformasında ABŞ-nin limanların blokadası ilə bağlı açıqlama yayıb:
“İran limanlarının blokadası müharibə aktıdır və buna görə də atəşkəs rejiminin pozulması sayılır. Ticarət gəmisinə hücum etmək və onun ekipajını girov götürmək daha böyük pozuntudur. İran məhdudiyyətləri necə neytrallaşdırmağı, öz maraqlarını qorumağı və hədə-qorxuya müqavimət göstərməyi bilir”.
23:42 21.04.2026
Oxunuş sayı: 51