Vensin İranla danışıqlar üçün İslamabada səfəri qeyri-müəyyən müddətə təxirə salınıb
Tehranın cavab verməməsi səbəbindən ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin İranla danışıqlar üçün İslamabada səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran Amerikanın danışıqlar mövqeyinə cavab verməyib.
Nəşrin məlumatına görə, Vensin səfəri İran danışıqları aparan şəxslər Ağ Ev rəhbəri Donald Trampın məqbul hesab etdiyi şəkildə cavab verərsə istənilən vaxt davam etdirilə bilər.
23:10 21.04.2026
Oxunuş sayı: 53