Zeıenski Aİ-nin "ev tapşırığını" yerinə yetirdiyini, indi növbənin onlarda olduğunu bildirib
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merts, Avropa Şurasının(AŞ) rəhbəri Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə danışdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Dövlət başçısı vurğulayıb: "Ukraynaya iki il ərzində 90 milyard avro dəyərində Avropa dəstək paketinin açılması vacibdir.
Bunlar artıq(AŞ) tərəfindən təsdiqlənmiş, lakin bloklanmış vəsaitlərdir. İndi onları bloklamaq üçün heç bir səbəb ola bilməz".
Onun sözlərinə görə, Avropa İttifaqı(Aİ) Ukraynadan rus işğalçıları tərəfindən zədələnmiş "Drujba" neft kəmərini təmir etməsini istəyib və ölkə bunu edib.
O, Aİ-nin də razılaşmaları həyata keçirəcəyinə ümid edir.
22:55 21.04.2026
Oxunuş sayı: 51