Macarıstanın yeni baş nazirinin nə zaman vəzifəyə başlayacağı açıqlanıb
Parlament seçkilərində qalib gələn "Tisza" partiyasının lideri Peter Maqyar may ayının əvvəlində Macarıstanın baş naziri vəzifəsində Viktor Orbanın yerini tutacaq.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Hakimiyyətin təhvil verilməsindən əvvəl siyasətçi yeni hökumətin strukturunu, nazirlərin adlarını açıqladı və əsas məsələlərlə bağlı mövqeyini bildirib.
Bunlara "Drujba" neft kəməri ilə bağlı vəziyyət, Ukraynaya kredit verilməsi və Beynəlxalq Cinayət Məhkəməsində üzvlüyün bərpası daxil idi.
Gələcək baş nazir ölkənin kursunun dəyişəcəyini, lakin dərhal və bütün cəbhələrdə dəyişməyəcəyini açıq şəkildə bildirib.
20:55 21.04.2026
Oxunuş sayı: 70