Ermənistan prezidenti Astanaya gedib
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Astanaya işgüzar səfərə gedib. Crossmedia.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
O, "Davamlı Gələcək üçün Ortaq Vizyon" regional ekoloji sammitində iştirak edəcək.
Ermənistanın Təbiəti Mühafizə Nazirinin müavini Ara Mkrtçyan da forumda çıxış edəcək.
Xatırladaq ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən nəqliyyat naziri Nurlan Sauranbayev aprel ayında Ermənistana səfər edib.
Əvvəlki yüksək səviyyəli Ermənistan səfəri 20 noyabr 2025-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri zamanı baş tutub.

20:45 21.04.2026
Oxunuş sayı: 49