KİV: Donbasın bir hissəsinə Trampın şərəfinə yeni ad verilə bilər
Ukrayna ABŞ Prezidenti Donald Trampa təsir etmək üçün Donbasın bir hissəsinin "Donnieland" adlandırılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.
Nəşr mənbələrə istinadən bildirir ki, ukraynalılar guya bu yaradıcı addımı Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandırmaq üçün atıblar.
Şərqi Ukraynadakı təklif olunan ərazi hər iki tərəfin tam nəzarəti olmadan silahsızlaşdırılmış və ya iqtisadi zonaya çevrilə bilər.
Bu ideyanın bir hissəsi olaraq, Ukrayna hətta saxta "Donnieland" bayrağı (yaşıl və qızılı) və himni (ChatGPT istifadə edərək) yaradıb.
Təşəbbüs rəsmiləşdirilməyib və müzakirələrin yalnız bir hissəsi olaraq qalır.
19:51 21.04.2026
Oxunuş sayı: 50