Rəsmi İrəvan Ermənistanda Aİ-nin yeni mülki missiyası yerləşdiriləcəyini təsdiqləyib
Ermənistanın Xarici İşlər Nazirliyi ölkədə Avropa İttifaqının yeni mülki missiyasının yerləşdiriləcəyini təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, missiyanın əsas məqsədi "hibrid təhdidlərə qarşı mübarizə" olacaq. Bu çərçivədə dezinformasiya, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizə nəzərdə tutulur. Eyni zamanda missiyanın Ermənistan hökuməti ilə təcrübə mübadiləsi aparacağı bildirilir.
Qurum ilkin olaraq iki illik müddətə fəaliyyət göstərəcək.
Bir qədər əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Aİ təcrübəsinə əsaslanaraq Avropa İttifaqına yaxınlaşdığını bəyan etmişdi.
Rusiya Xarici İşlər Nazirliyi isə buna cavab olaraq, İrəvanın istəyi olacağı təqdirdə “hibrid təhlükələrə qarşı mübarizədə” Ermənistanla əməkdaşlığa hazır olduğunu açıqlayıb.
19:00 21.04.2026
Oxunuş sayı: 59