Bilet qiymətləri QALXACAQ
İran ətrafında davam edən gərginlik fonunda Avropa və Asiyada fəaliyyət göstərən aviaşirkətlər aviasiya yanacağında çatışmazlıq riski ilə üzləşə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu isə uçuşların ləğvi və reys cədvəllərinin azaldılması ehtimalını artırır.
Bildirilir ki, qlobal yanacaq qiymətlərinin yüksəlməsi, o cümlədən ABŞ-dəki daşıyıcılar da daxil olmaqla, aviaşirkətləri ucuz uçuşların sayını azaltmağa məcbur edir. Mütəxəssislər xüsusilə yay mövsümündə bilet qiymətlərinin daha da artacağını istisna etmirlər.
Sənaye nümayəndələri qeyd edir ki, enerji bazarlarında davam edən qeyri-sabitlik qlobal aviasiya sisteminə təzyiqi artırır və daşıyıcılar üçün əməliyyat xərclərini yüksəldir.
18:35 21.04.2026
Oxunuş sayı: 54