İran region ölkələrinə ÇAĞIRIŞ ETDİ
İran danışıqlar qrupunun media sözçüsü Əli Marandi regionla bağlı sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “BƏƏ, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveyt dərhal tərk edilməlidir” deyə çağırış edib.
Marandi həmçinin bildirib ki, Fars körfəzi ərazisindəki bütün gəmilərdə çalışan dənizçilər təxliyəyə hazır olmalıdırlar. Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazı yaxınlığındakı gəmilər risk zonasında hesab olunur.
“Vaxt tükənir” ifadəsini işlədən Marandinin açıqlaması regionda gərginliyi artıran xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Tehran isə məsələ ilə bağlı hələlik əlavə açıqlama verməyib.
18:27 21.04.2026
Oxunuş sayı: 52