Trampdan İrana çağırış: Qadın məhbuslar azad edilsin
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə müraciət edərək ölüm hökmünə məhkum edilmiş səkkiz qadın məhbusun azad olunmasını xahiş edib.
Crossmedia.az bu barədə xəbər verir ki,Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
O bildirib ki, yaxın vaxtlarda nümayəndələri ilə danışıqlar aparacaq İran rəhbərliyinin bu addımı atmasını yüksək qiymətləndirərdi və bunun danışıqlar üçün yaxşı başlanğıc ola biləcəyini qeyd edib.
Tramp həmçinin qadın məhbuslara zərər verilməməsini istəyərək, bu məsələyə diqqət yetirildiyinə görə təşəkkür edib.

18:13 21.04.2026
Oxunuş sayı: 68