Aİ müdafiə mexanizmini gündəmə gətirdi
Avropa İttifaqı ilk dəfə olaraq kollektiv müdafiə ilə bağlı nizamnaməsinin 42-ci maddəsini tətbiq etməyi müzakirə edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu maddəyə əsasən, ittifaqa üzv ölkələrdən birinə edilən hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir.
Bu məsələ NATO-nun kollektiv müdafiə mexanizminin effektivliyinə dair suallar və İranın Kiprə yönəlmiş hücumlarından sonra gündəmə gəlib.
17:46 21.04.2026
Oxunuş sayı: 56