İran mümkün hərbi əməliyyatlara hazır olduğunu bildirdi
İran hərbi əməliyyatların mümkün bərpası halında “sürpriz addımlar” atmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırkı atəşkəsin başa çatması, ABŞ-nin sərt tələbləri və elan edilmiş dəniz blokadası fonunda Tehran tərəfi danışıqlara qayıtmağı real hesab etmir.
Bildirilir ki, İran mümkün yeni münaqişə ehtimalını yüksək qiymətləndirir və bu çərçivədə əvvəlcədən bəzi hərbi hazırlıqlar həyata keçirib, həmçinin potensial hədəflərin yeni siyahısını formalaşdırıb.
Rəsmi Tehran tərəfindən bu iddialarla bağlı əlavə açıqlama verilməyib.
16:53 21.04.2026
Oxunuş sayı: 64