Tehran–Vaşinqton danışıqlarında fikir ayrılıqları dərinləşir
İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı fikir ayrılıqları artıb.
Crossmedia.az bu barədə İsrailin "Channel 14" telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, tərəflər 60% zənginləşdirilmiş uranın azaldılması və “proksi qüvvələrə” silah verilməməsi kimi məsələləri müzakirə edir. Lakin bu addımların hələlik İranın Ali Lideri Müctəba Xameneyi tərəfindən təsdiqlənmədiyi bildirilir.
ABŞ tərəfi isə prezident Donald Tramp administrasiyası dövründə İran ərazisində uranın tam zənginləşdirilməsinin dayandırılması, nüvə obyektlərinin və sentrifuqaların sökülməsi, eləcə də tədqiqat proqramının tam ləğvini tələb edir.
İranın xarici işlər naziri Abbas Əraqçi bu tələblərin danışıqları çətinləşdirdiyini bildirir, parlament sədri Məhəmməd Baqır Qalibaf isə sərt mövqe ilə çıxış edir.
Məlumata görə, dondurulmuş aktivlərin azad edilməsi və sanksiyaların mərhələli yumşaldılması da müzakirə olunur, lakin yekun qərarın SEPAH daxilində verildiyi bildirilir.
13:22 21.04.2026
Oxunuş sayı: 46