Vens Pakistana gedir: İranla danışıqlar gündəmdə
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla mümkün danışıqlar çərçivəsində Pakistana səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki , Vens çərşənbə axşamı səhərinə qədər ABŞ-dən yola düşəcək. Nümayəndə heyətinin “tezliklə” Pakistana gedəcəyi qeyd edilib.
ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin çərşənbə günü İslamabadda keçirilməsi planlaşdırılır. İran tərəfi isə hələlik iştirakını təsdiqləməyib.
Bu arada, danışıqlar ehtimalı fonunda İslamabadda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
13:05 21.04.2026
Oxunuş sayı: 51