İran: Pakistana nümayəndə heyəti göndərilməyib
İran ABŞ ilə mümkün danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərdiyi barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət mediasının yaydığı açıqlamada bildirilib ki, planlaşdırılan danışıqlarla bağlı xəbərlər düzgün deyil və İslamabada heç bir nümayəndə heyəti göndərilməyib.
Qeyd olunub ki, İranın heç bir rəsmisi Pakistana səfər etməyib və görüşlər və ya razılaşmalarla bağlı iddialar əsassızdır.
13:10 21.04.2026
Oxunuş sayı: 45