Paşinyan kilsəyə vergi tətbiqini gündəmə gətirdi
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən seçiləcəyi təqdirdə Erməni Apostol Kilsəsinə vergi tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasını təqdim edərkən bildirib ki, ölkədə universal vergi bəyannaməsi sistemi mövcuddur və ruhanilər bu sistemdən kənarda qala bilməz.
Paşinyanın sözlərinə görə, kilsədən toplanacaq vergilər sonradan geri qaytarıla bilər və zərurət yaranarsa, dövlət sosial təminatlar da daxil olmaqla əlavə maliyyə dəstəyi göstərməyə hazır olacaq.
13:15 21.04.2026
Oxunuş sayı: 60