Qaz bahalaşması iddiaları şişirdilib
Ermənistanda qaz qiymətlərinin artacağı ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan açıqlama verib.
Nazir bildirib ki, mövzu ətrafında vaxtaşırı səsləndirilən iddialar əsassızdır və rəsmi qurumlara qiymət artımı ilə bağlı hər hansı siqnal daxil olmayıb.
“Qazprom”un Ermənistandakı tərəfdaşları ilə əməkdaşlıq stabil şəkildə davam edir. Ötən il ərzində ölkədə qaz təchizatı sabit olub və bu sahədə ciddi problem yaşanmayıb.
Xudatyan əlavə edib ki, hazırda tərəfdaşlarla birgə investisiya proqramları üzərində iş aparılır və proses normal şəkildə irəliləyir.
Alternativ enerji məsələsinə toxunan nazir vurğulayıb ki, istənilən halda ölkələr enerji təhlükəsizliyini gücləndirməyə çalışmalıdır. Ermənistan üçün bu istiqamətdə əsas prioritet günəş enerjisinin inkişafıdır.
11:10 21.04.2026
Oxunuş sayı: 51