Tramp mediaya sərt reaksiya verdi: Uduzanlar!
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “Gecəyarısı Çəkic” əməliyyatı ilə bağlı media qurumlarını sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, əməliyyat nəticəsində İranın nüvə infrastrukturu tamamilə məhv edilib və onun bərpası uzun zaman alacaq.
O, xüsusilə CNN və digər media orqanlarını pilotların uğurunu kiçiltməkdə ittiham edərək, onları “saxta xəbər agentlikləri” və “uduzanlar” adlandırıb.
10:06 21.04.2026
Oxunuş sayı: 65