Ermənistan KTMT-yə qayıtmayacaq
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktiv iştirakını bərpa etməyi planlaşdırmır.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Ölkənin baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasını təqdim edərkən bildirib.
Ermənistanın KTMT-dəki üzvlüyü hazırda dondurulub və bu fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevral ayından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində iştirakını dondurub.
15:47 20.04.2026
Oxunuş sayı: 55