İran kəşfiyyatı: Casus hücrələri zərərsizləşdirildi
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat Təşkilatı ABŞ, İsrail və Böyük Britaniya ilə əlaqəli olduğu iddia edilən casus hücrələrinin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əməliyyatlar eyni vaxtda İranın üç bölgəsində aparılıb:
Şərqi Azərbaycan (şimal-qərbi İran)
Mazandaran (şimal sahili)
Rəsmi açıqlamada bildirilib ki, əməliyyat nəticəsində 127 nəfər saxlanılıb, həmçinin odlu silahlar, sursat və xüsusi rabitə və casusluq avadanlıqları müsadirə olunub.
İİKK əməliyyatı “xarici kəşfiyyat şəbəkələrinin fəaliyyətinin qarşısının alınması” məqsədi daşıdığını açıqlayıb.
13:07 20.04.2026
Oxunuş sayı: 56